Bank Of Baku

Kürdəmirin 3 kəndində modul tipli su təmizləyici qurğu istifadəyə verilib

Kürdəmirin 3 kəndində modul tipli su təmizləyici qurğu istifadəyə verilib
# 19 fevral 2009 12:12 (UTC +04:00)
Kürdəmir. Şahnəzər Bəşirov-APA. Kürdəmir rayonunun daha 3 kəndinin əhalisi ekoloji cəhətdən təmiz içməli su ilə təmin edilib.
APA-nın yerli bürosunun xəbərinə görə, bu gün rayonun Şıxımlı, Mollakənd və Muradxanlı kəndlərində "Hyundai" Şirkətinin istehsalı olan müasir "Osmos" texnologiyalı su təmizləyici qurğular istifadəyə verilib. Qurğuların açılış mərasimlərində ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov və Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı Fəxrəddin Məlikov iştirak edib. H. Bağırovun və F. Məlikovun çıxışlarında bildirilib ki, kəndlərdə quraşdırılan müasir modul tipli su təmizləyici qurğuların fəaliyyəti nəticəsində ümumilikdə 7 minə yaxın şəxs təmiz içməli sudan istifadə edə biləcək.
Nazir qeyd edib ki, dövlət başçısının sərəncamına uyğun olaraq Kür və Araz çaylarının suyundan içməli su kimi istifadə edən bir sıra yaşayış məntəqələrinin ekoloji cəhətdən təmiz su ilə təmin edilməsi nəzərdə tutulub. Keyfiyyətli su imkanları məhdud olan 100 kənddə nəzərdə tutulan modul tipli su təmizləyici qurğuların quraşdırılması və ümumilikdə 166 min nəfərin Ümumdünya Səhiyyə Təşkilatının normalarına uyğun təmiz içməli su ilə təmin olunması üçün tədbirlər davam etdirilir .
Qeyd olunub ki, ötən il Yevlax, Zərdab, Kürdəmir, İmişli, Sabirabad, Salyan, Saatlı, və Neftçala rayonlarının içməli sudan əziyyət çəkən 50 yaşayış məntəqəsində modul tipli su təmizləyici qurğu istifadəyə verilib və 55 mindən çox əhali təmiz su ilə təmin olunub. Hazırda Biləsuvar, Ağcabədi, Yevlax, Zərdab Kürdəmir, İmişli, Sabirabad, Saatlı, Salyan, Neftçala, eləcə də Naxçıvan Muxtar Respublikasının Şərur və Babək rayonlarının 50 yaşayış məntəqəsinə və qənaət olunmuş vəsait hesabına əlavə olaraq daha 10 kəndin ümumilikdə 140 min əhalisinin təmiz içməli su ilə təmin olunması istiqamətində işlər yekunlaşmaq üzrədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR