Bank Of Baku

“İnformasiya Cəmiyyətinin Jurnalisti” layihəsinin yekunları açıqlanıb

“İnformasiya Cəmiyyətinin Jurnalisti” layihəsinin yekunları açıqlanıb
# 19 fevral 2009 13:46 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Bu gün Rabitə və İnformasiya Texnologiya Nazirliyi, Azərbaycan İnternet Forumu, HP və ULTRA şirkətlərinin birgə icra etdiyi “İnformasiya Cəmiyyətinin Jurnalisti” layihəsinin yekunlarına həsr olunan tədbir keçirilib. APA-nın məlumatına görə, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz
bildirib ki, layihə çərçivəsində jurnalistlərin informasiya cəmiyyətinin incəlikləri barədə məlumatlandırmaq məqsədi ilə treninqlər keçirilib. Treninqlərdə 30-a yaxın jurnalist iştirak edib. Layihə çərçivəsində həm də “İnformasiya cəmiyyətinin jurnalisti” və “İnformasiya cəmiyyətinin KİV-i” nominasiyaları üzrə müsabiqə keçirilib. Müsabiqədə müxtəlif KİV-ləri təmsil edən 17 jurnalist yazı təqdim edib. O. Gündüzün sözlərinə görə, ötən illə müqayisədə bu il müsabiqəyə təqsim edilən yazıların sayı bir qədər azalsa da, onların təmsil etdiyi qəzetlərin sayı artıb. O.Gündüz layihə çərçivəsində “İnformasiya cəmiyyətinin KİV-i” nominasiya üzrə qalib müəyyənləşdirmək üçün 15 qəzetin bir illik arxivini araşdırdıqlarını da söyləyib.
Daha sonra isə treninq iştirakçılarına və müsabiqənin qaliblərinə diplomlar və hədiyyələr təqdim olunub.
Müsabiqədə “İnformasiya cəmiyyətinin jurnalisti” nominasiyası üzrə I yerin qalibi “Azərbaycan bu gün və sabah” qəzetinin müxbiri Elxan Məmmədov, “İnformasiya cəmiyyətinin KİV-i” nominasiyaları üzrə I yerin qalibi isə “525-ci qəzet” olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR