Bank Of Baku

Bakıda “Dövlət gənclər siyasətinin həyata keçirilməsi: hazırkı vəziyyət və proqnozlar” mövzusunda seminar başlayıb

Bakıda “Dövlət gənclər siyasətinin həyata keçirilməsi:  hazırkı vəziyyət və proqnozlar” mövzusunda seminar başlayıb
# 19 fevral 2009 13:52 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bu gün Bakıda “Dövlət gənclər siyasətinin həyata keçirilməsi: hazırkı vəziyyət və proqnozlar” mövzusunda 4 günlük seminar başlayıb. APA-nın məlumatına görə, Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə keçirilən seminarda rayon (şəhər) gənclər və idman idarələrinin rəhbərləri, dövlət və hökumət qurumlarının nümayəndələri iştirak edir. Gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, seminarın məqsədi gənclər və idman idarələrinin gənclər və idman siyasətinin həyata keçirilməsi sahəsində fəal iştirakını təmin etmək, mövcud vəziyyəti təhlil etmək və tendensiyaları proqnozlaşdırmaqdır. Bunun üçün Novxanıda, “Aqua Park” İstirahət Kompleksində müxtəlif mövzular üzrə maariflənmə, bilik və təcrübə mübadiləsi aparılacaq. Həmçinin gənclər və idman idarələrinin rəhbərləri üçün gənclər siyasəti ilə məşğul olan nazirliklərdə görüşlərin keçirilməsi nəzərdə tutulur. Seminarda dövlət gənclər siyasətinin həyata keçirilməsində yerli gənclər və idman idarələrinin vəzifələri, strateji və operativ planlaşdırma, ehtiyacların müəyyən edilməsi, rüblük və ya yarımillik fəaliyyət planının hazırlanması məsələləri müzakirə ediləcək. Prezident Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov isə rayon (şəhər) gənclər və idman idarələrinin rəhbərləri qarşısında çıxış edərək indiki gənc nəsli “dövlətin əsas dayaqlarından biri” kimi qiymətləndirib və onları dövlət siyasətinin həyata keçirilməsində fəal iştirak etməyə çağırıb: “Siz burada müvafiq dövlət qurumlarının rəhbərləri ilə görüşəcəksiniz, onlardan müvafiq tapşırıqlar və tövsiyələr alacaqsınız. Tədbir başa çatdıqdan sonra hər kəs bu tapşırıqları təmsil etdiyi bölgələrdə həyata keçirməlidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR