Bank Of Baku

“Azərbaycanın təbii radioaktivlik Xəritə-modeli” tərtib olunub

“Azərbaycanın təbii radioaktivlik Xəritə-modeli” tərtib olunub
# 19 fevral 2009 15:24 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutunda 1:1000000 miqyaslı “Azərbaycanın təbii radioaktivlik xəritə-modeli” tərtib olunub. İnstitutun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, xəritə modeldə Azərbaycan ərazisinin radioaktivik fonu üç kateqoriyaya bölünüb. Birinci kateqoriyalı ərazilərdə radioaktivlik 6 mikrorentgen/saatdan aşağı, ikincidə 6-7 arası, üçüncüdə isə 7-dən yuxarı müəyyən edilib. Xəritə-model son 25 ildə Azərbaycanda təbii radioaktivliyin paylanması üzrə aparılmış elmi tədqiqatların nəticəsidir. Ümumrusiya Geoloji Elmi-Tədqiqat İnstitutu da xəritə-modelə rəsmi şəkildə müsbət rəy verib. Xəritə-modeldən aydın olur ki, Azərbaycanda insan həyatı üçün zərərli ola biləcək dərəcədə təbii radioaktivlik yoxdur. Lakin Abşeronun bəzi ərazilərində təbii yox, texnogen amillərdən yaranmış radioaktivlik var və onların dərəcəsi ilə bağlı mütəmadi monitorinqlər aparılmalıdır.
Qeyd edək ki, Geologiya İnstitutu 1:1000000 miqyasında “Qafqazın geoloji məlumatlar sistemi Atlası”nın tərtibinə dair beynəlxalq layihədə iştirak edir. Yaxın vaxtlarda “Azərbaycanın təbii radioaktivlik xəritə-modeli” həmin layihəyə təqdim ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR