Bank Of Baku

Azərbaycan səhiyyə sahəsində əməkdaşlığa dair təkliflərini İordaniyaya təqdim edib

Azərbaycan səhiyyə sahəsində əməkdaşlığa dair təkliflərini İordaniyaya təqdim edib
# 19 fevral 2009 16:35 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Bu gün İordaniya Haşimiyyə Krallığının Azərbaycanda müvəqqəti işlər müşaviri Adel əl Adailah səhiyyə nazirinin müavini Elsevər Ağayevlə görüşüb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə iki ölkə arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq əlaqələri, fevralın 25-26-da Əmmanda keçiriləcək hökumətlərarası komissiyanın iclasında səhiyyə sahəsində qaldırılacaq təkliflər müzakirə edilib. Qonaq ölkələrimiz arasında əczaçılıq sahəsində əlaqələrin məhsuldar olduğunu nəzərə çatdıraraq, 50 adda İordaniya dərman vasitələrinin Azərbaycanda qeydiyyatdan keçdiyini bildirib.

Qeyd edək ki, Azərbaycan tərəfi hökumətlərarası komissiyanın iclası üçün qarşı tərəfə səhiyyə sahəsində əməkdaşlıq üzrə bır necə təklif təqdim edib. Təkliflərdə göstərilir ki, Azərbaycanın və İordaniyanın görkəmli tibb alimlərinin ikitərəfli elmi-tədqiqat işlərinin aparılması təşkil edilsin, infeksion xəstəliklər haqqında informasiya mübadiləsi aparılsın. Bunun üçün hər iki ölkənin Tİbb universitetlərində və Həkimləri Təkmilləşdirmə institutlarında İordaniya və Azərbaycanın ali məktəb müəllimlərinin, həkimlərinin mübadilə əsasında təkmilləşdirmə kursları təşkil edilsin, birgə elmi konfranslar, simpoziumlar, qurultaylar, sərgilər keçirilsin.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR