Bank Of Baku

Naxçıvanda xalq yaradıcılığı günləri keçiriləcək

Naxçıvanda xalq yaradıcılığı günləri keçiriləcək
# 20 fevral 2009 07:35 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu—APA Naxçıvan Muxtar Respublikasında (MR) xalq yaradıcılığı günlərinin keçirilməsi ilə əlaqədar müşavirə keçirilib. APA-nın yerli bürosunun məlumatına görə, müşavirədə çıxış edən Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov muxtar respublika tarixinin ən qədim dövrünü əhatə edən xalq yaradıcılığının sistemli şəkildə öyrənilərək elmi tədqiqatlara cəlb olunmasının vacibliyini bildirib. Aşıq yaradıcılığının tədqiqi və təbliğinin zəruriliyinə də toxunan Ali Məclis sədri bu istiqamətdə Naxçıvanda Aşıqlar Birliyinin fəaliyyətinin bərpa olunmasını məqsədəuyğun hesab edib. V. Talıbov müvafiq mədəniyyət təşkilatlarına unudulmuş mahnı və rəqslərin bərpa edilməsi, qədim xalq çalğı alətləri ilə ifaların göstərilməsi, qədim musiqi alətlərindən ibarət muzeyin yaradılması və xalq yaradıcılığı ilə bağlı digər mədəni-kütləvi tədbirlərin keçirilməsi barədə müvafiq qurumlara tapşırıqlar verib.

Qeyd edək ki, hazırda Naxçıvan MR-də 600-ə qədər üzvü olan 50 folklor kollektivi və 3 Xalq Teatrı fəaliyyət göstərir. MR Ali Məclisi sədri Vasif Talıbov «Naxçıvan MR-də xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında» sərəncam imzalayıb.
Sərəncama əsasən hər il Novruz bayramı şənliklərində xalq yaradıcılığı günləri keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR