Bank Of Baku

Naxçıvanda inkişaf qüsurlu uşaqların ailələrinə dəstək mərkəzi yaradılıb

Naxçıvanda inkişaf qüsurlu uşaqların ailələrinə dəstək mərkəzi yaradılıb
# 20 fevral 2009 08:44 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu—APA Naxçıvan şəhərində 3 yaşa qədər inkişaf qüsurlu uşaqların ailələrinə dəstək mərkəzi yaradılıb. Yeni mərkəz Naxçıvan şəhər Körpələr Evinin bazasında fəaliyyətə başlayıb. Bu barədə APA-nın yerli bürosuna Naxçıvan şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzinin baş həkimi Rəsmiyyə Xasıyeva məlumat verib. Baş həkim bildirib ki, Azərbaycan Respublikasında 2009-cu ilin «Uşaq ili» elan edilməsi ilə bağlı Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun 14 fevral tarixli sərəncamı ilə təsdiq olunmuş tədbirlər planına əsasən Körpələr Evi eyni zamanda Ailələrə Dəstək Mərkəzi kimi fəaliyyət göstərəcək. 16 çarpayılıq müəssisə 24 saatlıq növbəli iş rejimində işləyəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR