Bank Of Baku

Qızılağac Dövlət Qoruğunda “quş qripi” ilə bağlı monitorinq keçirilib

Qızılağac Dövlət Qoruğunda “quş qripi” ilə bağlı monitorinq keçirilib
# 20 fevral 2009 11:34 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyinin Baş Baytarlıq İdarəsi əməkdaşlarının birgə iştirakı ilə Qızılağac Dövlət Qoruğu ərazisində “Quş qripi” ilə əlaqədar monitorinq keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisi Mehman İmanovun APA-nın cənub bürosuna verdiyi məlumata görə, monitorinq zamanı qoruğun ərazisində ölü və ya xəstə quşlara rast gəlinməyib. Ovçular tərəfindən 9 növ çöl quşundan götürülən nümunələr müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib.
Lənkəran Baytarlıq İdarəsinin rəisi Kamal Abdinov isə APA-ya bildirib ki, rayonun ayrı-ayrı yaşayış məntəqələrindən müayinə məqsədilə 50 ev quşu kəsilərək Respublika Baytarlıq Laboratoriyasına yola salınıb. Monitorinqin nəticələri fevralın 26-da bəlli olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR