Bank Of Baku

“Hər hemofiliyalı xəstəyə dövlət qayğısının yetərliliyinin təmini” adlı layihəsi yekunlaşıb

“Hər hemofiliyalı xəstəyə dövlət qayğısının yetərliliyinin təmini” adlı layihəsi yekunlaşıb
# 20 fevral 2009 13:37 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarının Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Hər hemofiliyalı xəstəyə dövlət qayğısının yetərliliyinin təmini” adlı layihəsini yekunlaşdırıb. APA-nın məlumatına görə, assosiasiyanın prezidenti Gülnarə Hüseynova bildirib ki, layihə çərçivəsində Naxçıvan Muxtar Respublikası, Gəncə, Şəki, Lənkəran, Şirvan, Göyçay, Xaçmaz regionlarında yaşayan hemofiliyalı xəstələri qeydə alma, qanaxmalar zamanı onlara dərhal tibbi yardım göstərmək, tibbi heyətin bu sahədə biliklərini artırmaq məqsədi ilə seminarlar keçirib. Seminarlar Bakıda yerləşən Elmi Praktik Hemofiliya Mərkəzində baş tutub. Layihə çərçivəsində hemofiliya haqqında məlumat materialları da çap edilib, qeyd edilən regionlardakı tibb ocaqları elektron məlumat bankı olan kompüter və başqa texniki avadanlıqlarla təmin edilib. G. Hüseynova bildirib ki, layihə Azərbaycanda “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında” qanunun və “Hemofiliya və talassemiya irsi qan xəstəliyi üzrə Dövlət Proqramı”nın həyata keçirilməsinə dəstək olub.
G. Həsənovanın sözlərinə görə, hazırda əsas məqsəd bu xəstələr arasında əlillik dərəcəsini azaltmaqdır. Assosiasiya prezidenti bunun reabilitasiya ilə mümkün olduğunu da nəzərə çatdırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR