Bank Of Baku

Azərbaycanda ilk dəfə talassemiya və hemofiliya xəstələrinin tibbi genetik molekulyar müayinəsi aparılacaq

Azərbaycanda ilk dəfə talassemiya və hemofiliya xəstələrinin tibbi genetik molekulyar müayinəsi aparılacaq
# 20 fevral 2009 14:02 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Azərbaycanda ilk dəfə olaraq, talassemiya və hemofiliya xəstələrinin tibbi genetik molekulyar müayinəsi aparılacaq. APA-nın məlumatına görə, Səhiyyə Nazirliyinin baş hematoloqu Çingiz Əsədov bildirib ki, genetik müayinə həm talassemiyalı, həm də hemofiliyalı xəstələrdə aparılmalıdır. Bu müayinəni talassemiyalı xəstələr üçün daha önəmli sayan baş hematoloq bildirib ki, tibbi genetik molekulyar müayinə potensial daşıyıcıların müəyyənləşdirilməsi üçün çox vacibdir.
Ç. Əsədovun sözlərinə görə, hazırda bu müayinənin təşkili məqsədi ilə talassemiyalı xəstələr üçün genetik diaqnostika laboratoriyası yaradılır. Baş hematoloq hesab edir ki, bu laboratoriyanın yaradılması təcrübəsi əldə edildikdən sonra hemofiliyalı xəstələr üçün də analoji laboratoriyanın qurulması asan olacaq.
Ç. Əsədov onu da deyib ki, “Hemofiliya və talassemiya irsi qan xəstəliyi üzrə Dövlət Proqramı” gələn il yekunlaşacaq. Onun həyata keçirilməsini davam etdirmək məqsədi ilə növbəti 5 il üçün Dövlət Proqramı hazırlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR