Bank Of Baku

“İRƏLİ” İctimai Birliyi “Ana dilimizi sevək, qoruyaq” adı altında il boyu davam edəcək kampaniyaya start verir

“İRƏLİ” İctimai Birliyi “Ana dilimizi sevək, qoruyaq” adı altında il boyu davam edəcək kampaniyaya start verir
# 20 fevral 2009 16:02 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. “İRƏLİ” İctimai Birliyi 21 Fevral Beynəlxalq Ana dili Günü münasibəti ilə “Ana dilimizi sevək, qoruyaq” adı altında il boyu davam edəcək Milli Kampaniyaya start verir. Təşkilatdan APA-ya daxil olan məlumata görə,
kampaniya fevralın 21-də Fəvvarələr Meydanında, Nizami heykəlinin qarşısında fleşmobla başlayacaq. Fleşmob Nizami, Xəqani, Rəsul Rza küçələrini əhatə edəcək.
Kampaniya çərçivəsində müxtəlif istiqamətlərdə dilimizə daxil olan yad sözlər və onların azərbaycanca qarşılığının əks olunduğu posterlər Bakı şəhəri və Azərbaycanın rayonlarında yapışdırılacaq. Kampaniyanın davamı kimi qeyd olunan mövzuda posterlər reklam bilbordlarında da yerləşdiriləcək.
Eyni zamanda “Ana dilimizi sevək, qoruyaq” mövzusunda sosial reklam çarxları da çəkiləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR