Bank Of Baku

Gəncənin kanalizasiya və su təchizatının yaxşılaşdırılmasına start verilib

Gəncənin kanalizasiya və su təchizatının yaxşılaşdırılmasına start verilib
# 21 fevral 2009 08:46 (UTC +04:00)
Gəncə. Nəzakət Məşədiəliqızı- APA. Gəncənin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsi 3 fazada həyata keçiriləcək. 2035-ci ilə kimi görülməsi nəzərdə tutulan işlər nəticəsində şəhər tamamilə ağ su ilə təmin ediləcək və çirkab suların axıdılması üçün xətlər və avadanlıqlar yenilənəcək.
APA-nın qərb bürosunun məlumatına görə, layihənin maliyyə mənbələrindən olan KWf Almaniya İnkişaf Bankının birinci vitse-prezidenti Doris Kön keçirdiyi mətbuat konfransında bildirib ki, texniki sənədlərin hazırlanmasını nəzərdə tutan ilkin fazanın icrasına 2009-cu ilin 1-ci yarısından sonra başlanılacaq. İndiyədək işlənən sənədlərə yenidən baxılaraq zamanın tələbinə uyğunlaşdırıldığını deyən Doris Kön əhalinin artımının və şəhərin ərazisinin genişləndirilməsinin texniki sənədlərdə nəzərə alındığını bildirdi. İlkin olaraq Gəncənin su təchizatını yaxşılaşdırmaq üçün 35,603 milyon avro, kanalizasiya sisteminin yenidən qurulması üçün 5,965 milyon avro vəsait nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR