Bank Of Baku

AMEA-nın İnsan Hüquqları İnstitutunun direktoru Rövşən Mustafayevlə vida mərasimi başlayıb - FOTO

AMEA-nın İnsan Hüquqları İnstitutunun direktoru Rövşən Mustafayevlə vida mərasimi başlayıb - <font color=red>FOTO</font>
# 21 fevral 2009 10:39 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnsan Hüquqları İnstitutunda institutun direktoru, fevralın 19-da uzun sürən ağır xəstəlikdən sonra Türkiyənin Memorial Xəstəxanasında vəfat edən Rövşən Mustafayevlə vida mərasimi keçirilir.
APA-nın məlumatına görə, mərasimdə AMEA rəhbərləri, millət vəkilləri, dövlət qurumlarının nümayəndələri iştirak edir. R. Mustafayevlə vida mərasimi saat 15.00-a qədər davam edəcək. Bundan sonra mərhum Çəmbərəkənd qəbiristanlığında - atasının məzarı yanında dəfn ediləcək.
Qeyd edək ki, Rövşən Faiq oğlu Mustafayev 1960-cı ildə Bakıda anadan olub. Azərbaycanın ilk siyasi elmlər doktorudur. 1990-cı illərin əvvəllərində ölkədə ilk müstəqil analitik mərkəz - Dövlət Quruculuğu və Beynəlxalq Əlaqələr İnstitutunu yaradıb, elmi-siyasi “Dirçəliş XXI əsr” («Vozrajdenie-XXI vek») jurnalını təsis edib, Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun yaradıcısıdır. Siyasi təhlükəsizlik sahəsində ekspertdir. Regional münaqişələri, seçki praktikası, etno-mədəni siyasət məsələləri onun elmi tədqiqat obyekti olub. 70-dən çox elmi məqalə və kitabın müəllifi olan R. Mustafayev bir çox beynəlxalq konfranslar Azərbaycanı təmsil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR