Bank Of Baku

“İRƏLİ” İctimai Birliyi “Ana dilimizi sevək, qoruyaq” adı altında kampaniyaya başlayıb

“İRƏLİ” İctimai Birliyi “Ana dilimizi sevək, qoruyaq” adı altında kampaniyaya başlayıb
# 21 fevral 2009 12:10 (UTC +04:00)
Bakı. Kimyə Rüstəmova –APA. Bu gün “İRƏLİ” İctimai Birliyi Fəvvarələr Meydanında, Nizami heykəlinin qarşısında 21 Fevral Beynəlxalq Ana dili Günü münasibəti ilə “Ana dilimizi sevək, qoruyaq” adı altında Milli Kampaniyaya start verilib.
APA-nın məlumatına görə, fleşmob aksiyası Nizami, Xəqani, Rəsul Rza küçələrini əhatə edir. Layihənin koordenatoru Orxan Babayev çıxış edərək qeyd edib ki, kampaniya il boyu davam edəcək. Kampaniya çərçivəsində müxtəlif istiqamətlərdə dilimizə daxil olan yad sözlər və onların Azərbaycanca qarşılığının əks olunduğu posterlər Bakı şəhəri və Azərbaycanın rayonlarında yapışdırılacaq. Kampaniyanın davamı kimi qeyd olunan mövzuda posterlər reklam bilbordlarında da yerləşdiriləcək.
Eyni zamanda “Ana dilimizi sevək, qoruyaq” mövzusunda sosial reklam çarxları da çəkiləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR