Bank Of Baku

AMEA İnsan Hüquqları İnstitutunun direktoru Rövşən Mustafayev dəfn olunub

AMEA İnsan Hüquqları İnstitutunun direktoru Rövşən Mustafayev dəfn olunub
# 21 fevral 2009 12:11 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnsan Hüquqları İnstitutunda institutun direktoru, uzun sürən ağır xəstəlikdən sonra fevralın 19-da İstanbul “Memorial” Xəstəxanasında vəfat edən Rövşən Mustafayevlə vida mərasimi baş çatıb. APA-nın məlumatına görə, saat 13.00-dan 15.00-dək keçirilən mərasimdə AMEA rəhbərləri, millət vəkilləri, dövlət qurumlarının nümayəndələri iştirak ediblər. Vida mərasimindən sonra R. Mustafayev Yasamal qəbiristanlığında - atasının məzarı yanında dəfn olunub.

Qeyd edək ki, Rövşən Faiq oğlu Mustafayev 1960-cı ildə Bakıda anadan olub. Azərbaycanın ilk siyasi elmlər doktorudur. 1990-cı illərin əvvəllərində ölkədə ilk müstəqil analitik mərkəz - Dövlət Quruculuğu və Beynəlxalq Əlaqələr İnstitutunu yaradıb, elmi-siyasi “Dirçəliş XXI əsr” («Vozrajdenie-XXI vek») jurnalını təsis edib, Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun yaradıcısıdır. Siyasi təhlükəsizlik sahəsində ekspertdir. Regional münaqişələri, seçki praktikası, etno-mədəni siyasət məsələləri onun elmi tədqiqat obyekti olub. 70-dən çox elmi məqalə və kitabın müəllifi olan R. Mustafayev bir çox beynəlxalq konfranslar Azərbaycanı təmsil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR