Bank Of Baku

Azərbaycanda “Uşaqlar müharibələr və hərbi münaqişələrdə” mövzusunda beynəlxalq konfrans keçiriləcək

Azərbaycanda “Uşaqlar müharibələr və hərbi münaqişələrdə” mövzusunda beynəlxalq konfrans keçiriləcək
# 23 fevral 2009 09:47 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycanda “Uşaqlar müharibələr və hərbi münaqişələrdə” mövzusunda beynəlxalq konfrans keçiriləcək. APA-nın məlumatına görə, bunu ombudsman Elmira Süleymanova Xocalı soyqırımın 17-ci ildönümü ilə əlaqədar keçirdiyi brifinqdə deyib. O bildirib ki, 1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günü ərəfəsində keçiriləcək konfransda Birləşmiş Millətlər Təşkilatından nümayəndələr və müxtəlif ölkələrin uşaq ombudsmanları iştirak edəcək. Toplantıda Ermənistanın təcavüzü nəticəsində azərbaycanlı uşaqlara qarşı törədilən vəhşiliklər, Xocalıda öldürülən uşaqlarla bağlı ətraflı məlumatlar veriləcək. İştirakçıların Qubadakı kütləvi məzarlığa aparılması da nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR