Bank Of Baku

Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı son bir ildə 14% artıb

Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı son bir ildə 14% artıb
# 23 fevral 2009 10:20 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində fərdi şəxsi hesabı olan sığortaolunanların sayı ötən ilin əvvəli ilə müqayisədə 13,9% və ya 185 min nəfər artıb.
Fondun ictimaiyyətlə əlaqələr sektorunun müdiri Elman Babayevin APA-ya verdiyi məlumata görə, hazırda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 1 516 100 nəfərə çatıb.
Fərdi şəxsi hesabı olanlar arasında 40-50 yaş arasında olan sığortaolunanlar üstünlük təşkil edir. Göstərilən yaş kateqoriyasına aid olan sığortaolunanların sayı 432 763 nəfərdir. Bundan başqa, 30 yaşa kimi sığortaolunan vətəndaşların sayı 376 257 nəfər, 30-40 yaşda olanlar 343 525 nəfər, 50-60 yaşda 261 984 nəfər, 60 yaşdan yuxarı olan sığortaolunanlar isə 101 571 nəfərdir.
Xatırladaq ki, fərdi uçot - Azərbaycan qanunvericiliyinə uyğun əmək pensiyalarının və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır. Hələ 2006-cı il yanvarın 1-dən tətbiq olunan «Əmək pensiyaları haqqında» qanununa əsasən, əmək pensiyaları fərdi hesaba toplanan pensiya kapitalına əsasən hesablanır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR