Bank Of Baku

Azərbaycanda 7 internat gimnaziya, ümumtəhsil və inkluziv komponentli məktəbə çevriləcək

Azərbaycanda 7 internat gimnaziya, ümumtəhsil və inkluziv komponentli məktəbə çevriləcək
# 23 fevral 2009 13:49 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Təhsil Nazirliyi Azərbaycanda 7 internat tipli müəssisəni transformasiya etməyi, onlardan 4-nü gimnaziya, 2-ni ümumtəhsil, 1-ni isə inkluziv komponentli məktəbə çevirməyi nəzərdə tutur. Bu barədə APA-ya Təhsil Nazirliyindən məlumat veriblər. Nazirlikdən bildirilib ki, bu il ərzində ölkədəki 3 internat tipli müəssisə ümumtəhsil məktəb, gimnaziya, idman təmayüllü liseyə çevriləcək. Bu işlər “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)” çərçivəsində həyata keçirilir.
Nazirlikdən əlavə edilib ki, hazırda ölkədə “Uşaq müdafiəsi sistemi”nin yaradılması üzrə iş gedir. Bununla əlaqədar pilot layihə çərçivəsində məlumat bankının, alternativ qayğının, ailələrə verilmiş uşaqların vəziyyətinin öyrənilməsi üzrə monitorinq sisteminin yaradılması planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR