Bank Of Baku

Azərbaycanın ekspertiza mütəxəssisləri Avropa İttifaqı ölkələrinə tanışlıq səfərinə gedib

Azərbaycanın ekspertiza mütəxəssisləri Avropa İttifaqı ölkələrinə tanışlıq səfərinə gedib
# 24 fevral 2009 09:41 (UTC +04:00)
Bakı-APA. Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramının icra etdiyi “Cənubi Qafqazda Narkotiklərə Nəzarət” (SCAD) Regional Yardım Proqramının 5-ci komponenti (Hüquq Mühafizə Orqanları Arasında Regional Əməkdaşlıq) çərçivəsində məhkəmə ekspertizası mütəxəssislərinin rəhbər heyəti üçün Avropa İttifaqı ölkələrinə (Hollandiya, Almaniya, Avstriya) tanışlıq səfəri həyata keçirilir. SCAD Proqramının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dünəndən başlanan səfər fevralın 27-dək davam edəcək. Bu səfərdə Azərbaycan nümayəndə heyətini SCAD Proqramının ölkə üzrə rəhbəri Məzahir Əfəndiyev, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəisi Fuad Cavadov, Ədliyyə Nazirliyinin Bioloji Ekspertizalar şöbəsinin baş eksperti Səbinə Əliyeva, Daxili İşlər Nazirliyinin Kriminalistika Tədqiqatlar İdarəsinin rəisi Gündüz Sadıqov, Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Məhkəmə-kimya şöbəsinin rəisi Qalib Həsənov təmsil edirlər.
Səfərdə əsas məqsəd Cənubi Qafqaz ölkələrində, eləcə də Avropa İttifaqına daxil olan ölkələrdə narkotik maddələrin ekspertizası sahəsində fəaliyyət göstərən institutlar arasında əlaqələrin möhkəmləndirilməsidir. Nümayəndə heyətinin üzvləri Hollandiyanın Haaqa şəhərində yerləşən Elmi-Məhkəmə İnstitutunun Avropa şəbəkəsi və Məhkəmə Ekspertiza İnstitutunda, Almaniyanın Düsseldorf şəhərində yerləşən Kriminalistika və Texniki İnstitutunda, Avstriya Daxili İşlər Nazirliyinin Məhkəmə-Elmi Ekspertiza şöbəsində, həmçinin BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə ofisinin laboratoriyasında təcrübə mübadiləsi aparmaq, müasir növ narkotiklərin ekspertizası və xidmət sahələri ilə tanış olacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR