Bank Of Baku

“Müharibə uşaqların gözü ilə” mövzusunda rəsm müsabiqəsinə yekun vurulub

“Müharibə uşaqların gözü ilə” mövzusunda rəsm müsabiqəsinə yekun vurulub
# 24 fevral 2009 10:01 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Muzey Mərkəzində “Müharibə uşaqların gözü ilə” mövzusunda rəsm müsabiqəsinin yekununa həsr olunmuş sərgi keçirilib. APA-nın məlumatına görə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən müsabiqədə Bakı məktəbliləri ilə yanaşı, paytaxtda yerləşən köçkün məktəblərinin şagirdləri və dövlət uşaq müəssisələrində yaşayan uşaqlar iştirak ediblər. Komitənin sədri Hicran Hüseynova bildirib ki, “Uşaq ili” çərçivəsində münaqişə nəticəsində evlərindən qaçqın düşən, valideynlərini itirən uşaqların normal inkişafının təmin olunması ilə bağlı mühüm addımlar atılacaq. Komitə sədri qeyd edib ki, “Uşaq ili”ndə qarşıda duran əsas vəzifələrdən biri münaqişədən zərər çəkən uşaqların cəmiyyətə inteqrasiyasına nail olmaqdır. Sərginin sonunda üç ən yaxşı rəsm işinin müəllifi mükafatlandırılıb. Digər qaliblər isə komitənin fəxri diplomları ilə təltif olunublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR