Bank Of Baku

UNİCEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Məhəmməd Bendris Əllami: “Xocalı faciəsi kimi tarixi günlərin qeyd edilməsinə haqq qazandırıram”

UNİCEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Məhəmməd  Bendris Əllami: “Xocalı faciəsi kimi tarixi günlərin qeyd edilməsinə haqq qazandırıram”
# 24 fevral 2009 10:26 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “1992-ci ilin fevralın 26-na keçən gecə Xocalı şəhərində baş verən dəhşətli qətliamda uşaqlar, qadınlar və qocalar erməni hərbçiləri tərəfindən qətlə yetiriliblər. Bu qətliam nəticəsində onlarla uşaq öldürülüb, yüzlərlə uşaq valideynlərini itirib, yaşamaq, inkişaf və müdafiə kimi hüquqlarından məhrum olub. Mənim fikrimcə, günahsız uşaqların öldürülməsinə heç cür haqq qazandırmaq olmaz”. APA-nın məlumatına görə, bu fikirləri UNİCEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Məhəmməd Bendris Əllami söyləyib. Onun sözlərinə görə, UNİSEF BMT-nin Uşaq Hüquqları Konvensiyasının 6-cı maddəsinə zidd olan belə əməlləri pisləyir: “Cenevrə Konvensiyasına, Uşaq Hüquqları Konvensiyasına və onların protokollarına görə, uşaqların təhqirə, istismara və qətliama məruz qalmaları, müdafiə olunmamaları yolverilməzdir. UNİCEF olaraq, Xocalı faciəsi kimi tarixi günlərin qeyd edilməsinə haqq qazandırıram. Beynəlxalq ictimaiyyəti zorakılığa qarşı mübarizəyə, mülki şəxslərə, xüsusən də uşaqlara qarşı zorakılığa son qoymağa çağırıram”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR