Bank Of Baku

Azərbaycanın Təhsil Nazirliyi Heydər Əliyev adına Gürcüstan-Azərbaycan Universitetinə kömək məqsədi ilə tədbirlər planı hazırlayıb

Azərbaycanın Təhsil Nazirliyi Heydər Əliyev adına Gürcüstan-Azərbaycan Universitetinə kömək məqsədi ilə tədbirlər planı hazırlayıb
# 24 fevral 2009 12:24 (UTC +04:00)
Gürcüstan. Nizami Məmmədzadə-APA. Azərbaycanın Təhsil Nazirliyi Gürcüstanda fəaliyyətə başlayan Heydər Əliyev adına Gürcüstan – Azərbaycan Humanitar Universitetinə kömək məqsədi ilə xüsusi tədbirlər planı hazırlayıb və təsdiq edib. Bu məlumatı APA-ya universitetin rektoru, professor Novruz Bayramov verib. Rektor bildirib ki, tədbirlər planında Gürcüstanda Azərbaycan dillində olan məktəblər üçün yüksək səviyyədə pedaqoji kadrlar hazırlaması məsələsinə də xüsusi yer ayrılıb. N. Bayramov deyib ki, universitetdə tələbələrinin Gürcüstan ictimaiyyətinə inteqrasiya olunması və gürcü dilində sərbəst danışmaları üçün xüsusi kurslar da açılması planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR