Bank Of Baku

Respublika Qadınlar Cəmiyyəti Xocalı soyqırımının 17-ci ildönümü ilə bağlı tədbir keçirib

Respublika Qadınlar Cəmiyyəti Xocalı soyqırımının 17-ci ildönümü ilə bağlı tədbir keçirib
# 24 fevral 2009 12:26 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Respublika Qadınlar Cəmiyyəti Xocalı soyqırımının 17-ci ildönümü ilə bağlı tədbir keçirib. APA-nın məlumatına görə, tədbirdə cəmiyyətin sədr müavini Bahar Qasımova 17 il əvvəl baş vermiş faciə ilə bağlı danışıb, bu soyqırımın dünya ictimaiyyətinə çatdırılması üçün atılan addımların kifayət etmədiyini bildirib. Sədr müavini Xocalı soyqırımının Azərbaycan qadınları, analar üçün ağır nəticələrə səbəb olduğunu qeyd edib.

Cəmiyyətin Bakı şəhəri üzrə sədri Gülnarə Abdullayeva soyqırımın ildönümü ərəfəsində Bakının 4 rayonunda 18 orta məktəbdə sorğu keçirildiyini bildirib. Nizami, Nərimanov, Yasamal və Xətai rayonlarını əhatə edən sorğunun nəticələri cəmiyyət rəhbərliyini qane etməyib. 1500-ə qədər şagirdi əhatə edən sorğunun nəticəsində bəlli olub ki, yeniyetmələrin əksəriyyətinin Xocalı faciəsi ilə bağlı kifayət qədər məlumatı yoxdur: “Azərbaycanda yalnız fevral ayı başlayanda Xocalı soyqırımı yada düşür”. G. Abdullayeva sabahdan başlayaraq martın 31-nə kimi respublikanın bütün ərazisində imzatoplama kampaniyasının həyata keçiriləcəyini qeyd edib. Kampaniyada təxminən 100 min nəfərin imzasının toplanması nəzərdə tutulur. İmzalar beynəlxalq təşkilatlara təqdim ediləcək və Xocalı faciəsinə hüquqi qiymət verilməsi tələb olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR