Bank Of Baku

Azərbaycanın səhiyyə naziri Gürcüstan Parlamentinin sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycanın səhiyyə naziri Gürcüstan Parlamentinin sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
# 24 fevral 2009 13:06 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Bu gün Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev Gürcüstan Parlamentinin sədr müavini, Gürcüstan –Azərbaycan Parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Fridon Toduanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə iki ölkə arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq əlaqələrinin inkişafı, regional səhiyyə layihələri müzakirə edilib. İxtisasca həkim olan F. Todua Azərbaycanda aparılan səhiyyə islahatlarının uğurla həyata keçirilməsindən, tibb elmi sahəsində alimlərimiz arasında ənənəvi məhsuldar münasibətlərdən söz açıb.
O.Şirəliyev eyni zamanda Azərbaycanda səhiyyə sahəsində qəbul olunmuş 9 Dövlət Proqramının həyata keçirilməsində, islahatların aparılmasında dövlətin siyasi və maliyyə dəstəyini qeyd edib. Görüşdə regionlarda da ixtisaslaşdırılmış səhiyyə xidmətlərinin gücləndirilməsi, habelə tibb müəssisələrinin təchizatı zamanı beynəlxalq standartlara uyğun, yüksək keyfiyyətli dərman vasitələri və müasir tibbi avadanlıqlarla təchiz olunmasının əhəmiyyəti haqqında məsələlər də qaldırılıb.
F. Todua Gürcüstan hökuməti adından O. Şirəliyevi Gürcüstana dəvət edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR