Bank Of Baku

BMT-nin Azərbaycandakı nümayəndəliyi 9 dəyirmi masa keçirəcək

BMT-nin Azərbaycandakı nümayəndəliyi 9 dəyirmi masa keçirəcək
# 24 fevral 2009 14:41 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Bu il BMT-nin Azərbaycandakı nümayəndəliyi müxtəlif mövzulara həsr olunmuş 9 dəyirmi masa keçirəcək. Nümayəndəlikdən APA-ya verilən məlumata görə, dəyirmi masalar Minilliyin İnkişaf Məqsədləri çərçivəsində BMT üzvlərinin 2015-ci ilə qədər olan vəzifə və öhdəlikləri ilə əlaqədar təşkil ediləcək. BMT ofisinin 2009-cu ildə fəaliyyətinin prioritetləri insan haqları, inkişaf və təhlükəsizliklə bağlı tədbirlərin keçirilməsi olacaq. İlk dəyirmi masa martın 5-də Qubada təşkil olunacaq və məişət zorakılığı mövzusuna həsr ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR