Bank Of Baku

Magistratura pilləsinə qəbul proqramları açıqlanıb

Magistratura pilləsinə qəbul proqramları açıqlanıb
# 24 fevral 2009 15:06 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva –APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali məktəblərin magistratura pilləsinə hazırlaşan bakalavrlara kömək məqsədilə “Magistr” jurnalının 2-ci sayını dərc edib.
Komissiyadan APA-ya verilən məlumata görə, jurnalın bu sayında magistratura pilləsinə bütün ixtisaslar üzrə qəbul proqramları təqdim olunub.
Proqramlar bakalavr pilləsinin ixtisas sahələri üzrə 4 kitabçada ("Texniki elmlər" , "Təbiət – texniki elmlər", "Aqrar və balıq təsərrüfatı" və "Ekologiya və təbiətdən istifadə" istiqamətləri üzrə) qruplaşdırılaraq nəşr edilib. Hər bir bakalavr öz ixtisas istiqamətinə uyğun kitabçanı əldə etməlidir.
2009-2010-cu tədris ili üçün ali məktəblərin magistraturasına qəbul qaydaları, həmçinin məntiqi təfəkkür, xarici dillər və informatika üzrə qəbul imtahanı proqramları “Magistr” xüsusi buraxılışının 2009-cu il 1-ci sayında dərc olunub.
“Magistr” xüsusi buraxılışının növbəti sayında isə 2009-2010-cu tədris ili üçün magistraturaya qəbul elanı, qəbul aparılan ixtisaslar və onların plan yerləri haqqında materiallar çap ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR