Bank Of Baku

Hacıqabul rayonunun torpaq mülkiyyətçiləri ARDNŞ-dən kompensasiya istəyir

Hacıqabul rayonunun torpaq mülkiyyətçiləri ARDNŞ-dən kompensasiya istəyir
# 24 fevral 2009 15:34 (UTC +04:00)
Hacıqabul. Əlibəy Zeynallı-APA. Hacıqabul rayonunun torpaq mülkiyyətçiləri Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) kompensasiya istəyirlər. Hacıqabul rayonunun Rəncbər kənd sakinləri bununla bağlı Azərbaycan prezidenti İlham Əliyevə müraciət ediblər. Kənd sakinlərinin APA-nın Mil-Muğan bürosuna verdikləri məlumata görə, prezidentə ünvanlanan müraciətdə bildirilib ki, Rəncbər kəndində 15 nəfər torpaq mülkiyyətçisinə məxsus ərazidə Şahdəniz qazını Hacıqabul Qaz Kompressor Stansiyasına (QKS) nəql etmək üçün 1220 mm diametrli qaz kəmərinin tikintisini ARDNŞ-in Qaz Əməliyyatları İdarəsi öz layihəsi əsasında həyata keçirsə də, torpaq mülkiyyətçiləri ilə kompensasiya ödənilməsi haqqında müqavilə imzalanmayıb. Bununla bağlı mətbuat konfransı keçirməyə hazırlaşdıqlarını bildirən torpaq mülkiyyətçiləri hüquqlarının bərpa olunması məqsədi ilə məhkəməyə də müraciət etdiklərini bildiriblər. Mülkiyyətçilər qeyd ediblər ki,
torpaq ərazilərinin onlara məxsus olması barədə 1998-ci il 1 sentyabr tarixində dövlət aktları verilib.
ARDNŞ-in Qaz Əməliyyatları İdarəsinin hüquq şöbəsinin rəisi Aslan Ramazanov APA-nın Mil-Muğan bürosuna bildirib ki, mübahisə ilə əlaqədar məsələ yerində araşdırılıb və kəndlilərin iddialarını əsassız hesab edilib: “Belə ki, onlara həmin ərazidə torpaq sahələrinin verilməsi haqqında dövlət aktlarının qanunsuz olduğunu bildirildi. Çünki dövlət standartlarına görə yüksək təzyiqli qaz və neft boru kəmərlərinin 25 metrliyində bir mərtəbədən, 50 metrdən yaxın isə iki mərtəbədən hündür tikili tikmək qadağandır. Həmçinin həmin ərazilərdən əkin sahəsi kimi də istifadə etmək olmaz”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR