Bank Of Baku

Azərbaycan Tarixi Muzeyində Xocalı soyqırımının 17-ci ildönümü ilə əlaqədar tədbir keçirilib

Azərbaycan Tarixi Muzeyində Xocalı soyqırımının 17-ci ildönümü ilə əlaqədar tədbir keçirilib
# 25 fevral 2009 10:46 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu gün Azərbaycan Tarixi Muzeyində Xocalı soyqırımının 17-ci ildönümü ilə əlaqədar tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən muzeyin elmi-maarif şöbəsinin müdiri, tarix elmləri namizədi Bəhmən Kərimov 200 ilə yaxındır ki, Azərbaycan xalqının ermənilərin təcavüzünə məruz qaldığını deyib. Bu illər ərzində Azərbaycan xalqının başına yüzlərlə bəlaların gətirildiyini vurğulayan Bəhmən Kərimov, törədilən bu soyqırımı və faciələrin dünya ictimaiyyətinə çatdırılmasını vacib amil olduğunu qeyd edib. Tədbirdə muzeyin Azərbaycan ən yeni dövr tarixinin ekspozisiya və fondları şöbəsinin kiçik elmi işçisi Aqil Əhmədov, muzeyin numizmatika şöbəsinin kiçik elmi işçisi Aygün Məmmədova, muzeyin Elmi-Maarif şöbəsinin kiçik elmi işçisi Ləman Məmmədova 17 il əvvəl Xocalıda törədilən dəhşətli faciə haqqında danışıblar. Tədbirdə Bakı şəhəri Binəqədi rayonu 244 saylı orta məktəbin şagirdləri çıxış ediblər. Mərasimdə həmçinin Xocalı soyqırımına aid fotoşəkillərdən ibarət slayd və sənədli film nümayiş olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR