Bank Of Baku

Yaxın günlər ərzində Azərbaycan ərazisində havanın temperaturu yenidən yüksələcək

Yaxın günlər ərzində Azərbaycan ərazisində havanın temperaturu yenidən yüksələcək
# 25 fevral 2009 11:32 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya bildirib ki, fevralın 26-da Bakı və Abşeron yarımadasında hava buludlu olacaq, gecə və səhər yarımadanın bəzi yerlərində çiskinli yağış yağacaq, cənub-şərq küləyi əsəcək, axşam şimal-şərq küləyinə keçəcək. Fevralın 27-də hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək, cənub küləyi əsəcək. Fevralın 26 və 27-də havanın temperaturu gecə 3-6, gündüz 8-11 dərəcə isti olacaq. Fevralın 28-də buludlu hava şəraiti üstünlük təşkil edəcək, arabir yağış yağacaq, şimal-şərq küləyi əsəcək. Şimal küləyi ilə əlaqədar həmin gün havanın temperaturu gündüz saatlarında bir necə dərəcə aşağı enərək 6-8 dərəcəyə çatacaq.
Azərbaycanın rayonlarında fevralın 26-da hava əsasən yağmursuz keçəcək, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-7 dərəcə isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacaq. Fevralın 27-28-də hava əsasən yağmursuz keçəcək. Amma fevralın 27-də axşam bəzi qərb rayonlarında, 28-də isə əksər rayonlarda havanın yağıntılı olacağı gözlənilir. Yağıntının bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Şərq küləyi əsəcək, 28-də gündüz qərb küləyinə keçəcək. Havanın temperaturu gecə 2-7, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 30 şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti qeydə alınacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR