Bank Of Baku

Azərbaycan İstanbulda keçiriləcək Dünya Su Forumuna dəvət olunub

Azərbaycan İstanbulda keçiriləcək Dünya Su Forumuna dəvət olunub
# 25 fevral 2009 12:36 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Martın 16-dan 22-dək İstanbulda (Türkiyə) V Dünya Su Forumu keçiriləcək.
«APA-Economics»in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, foruma dünyanın müxtəlif ölkələrindən 20 min mütəxəssisin qatılması gözlənilir. Artıq 69 min əcnəbi forumda iştirakla bağlı qeydiyyata düşüb.
Tədbirdə 200 ölkənin su təchizatı ilə əlaqəli hökumət qurumlarının rəhbərləri, nazirləri iştirak edəcəklər. BMT-nin baş katibi Pan Gi Munun da qatılacağı tədbirə Azərbaycan nümayəndə heyəti də dəvət olunub. Forumda dünyada su problemi, iqlim dəyişkənliyi və s. məsələlərin müzakirəsi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR