Bank Of Baku

Jurnalist-publisist Kərim Kərimlinin “Xocalı: vəhşi sərin vəhşi əsəri” adlı kitabının təqdimat mərasimi keçirilib

Jurnalist-publisist Kərim Kərimlinin “Xocalı: vəhşi sərin vəhşi əsəri” adlı kitabının təqdimat mərasimi keçirilib
# 25 fevral 2009 12:49 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. Bu gün jurnalist-publisist Kərim Kərimlinin “Xocalı: vəhşi sərin vəhşi əsəri” adlı kitabının təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, Xocalı soyqırımının 17-ci ildönümü ərəfəsində nəşr olunan kitab Azərbaycan Demokratik İslahatlar Partiyası və millət vəkili Aqil Abbasın dəstəyi ilə işıq üzü görüb. Bu kitab Kərim Kərimlinin Qarabağ faciəsinə həsr olunmuş sayca altıncı kitabıdır. Müəllif kitaba dünya mətbuatında Xocalı faciəsinə həsr olunmuş məqalələrdən hissələr, faciəli hadisələrin canlı şahidlərinin xatirələrini, Xocalıda qətlə yetirilən azərbaycanlıların siyahısını daxil edib: “Biz Xocalı hadisələrini qisas naminə xatırlamırıq, biz öldürülmüş Xocalı sakinlərinə görə qisasa çağırmırıq, dünya ictimaiyyətindən və beynəlxalq təşkilatlardan istəyimiz bu deyil. Biz dünya ictimaiyyətindən Xocalı hadisələrinə ədalətli qiymət verməsini istəyirik. Dünya ictimaiyyətindən istəyimiz Xocalı hadisələrinə görə qisas almaq yox, bu cinayəti törədənlərin ədalət məhkəməsinə cəlb olunmasıdır”. Kərim Kərimli kitabın müxtəlif dillərə tərcümə olunaraq yayılacağını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR