Bank Of Baku

Kür çayında suyun sərfi illik norma səviyyəsinə çatıb

Kür çayında suyun sərfi illik norma səviyyəsinə çatıb
# 25 fevral 2009 13:21 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çayları, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə fevralın II ongünlüyündə keçirdiyi monitorinqin nəticələrini açıqlayıb. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, fevralın II ongünlüyündə Kür çayında suyun sərfi I ongünlüyə nisbətən artıb. Belə ki, suyun sərfi 190 m3 saniyə təşkil edərək illik norma səviyyəsində olub. Monitorinqin nəticələrinə əsasən, Kür çayının Gürcüstan və Ermənistan ərazilərindən keçən məntəqələrində suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələrinin yol verilən qatılıq həddi (YVQH) dəfələrlə keçib. Çayın Şıxlı-2 məntəqəsində suyun əsas çirkləndiricilərindən olan fenollar 2, mis birləşmələri 4, Ağstafaçay məntəqəsində fenol 2, mis birləşmələri 3, Ağstafaçay su anbarında isə fenollar və mis birləşmələri 3 dəfə YVQH-i ötüb. Gürcüstan və Ermənistan ərazisindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət, heyvandarlıq və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan bir qədər artıq olub.

Ermənistan ilə transsərhəd olan Araz çayında da mis və fenolun miqdarı normadan dəfələrlə artıq müşahidə edilib. Arazda suyun əsas çirkləndiricilərindən olan fenollar Horadiz məntəqəsində 3, I Şahsevən və Bəhramtəpə məntəqələrində 2 dəfə, mis birləşmələri isə Horadiz məntəqəsində 4, Bəhramtəpədə 2, I Şahsevəndə 3 dəfə YVQH-i keçib. Həmin məntəqələrdə neft məhsullarının miqdarı norma daxilində olub. Suyun oksigen rejimi bütün məntəqələrdə 5,98-9,4 mq/l arasında dəyişərək sanitar norma daxilində olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR