Bank Of Baku

Açıq Cəmiyyət İnstitutu – Yardım Fondu ötən il 2 milyon dollar dəyərində 250 qrant ayırıb

Açıq Cəmiyyət İnstitutu – Yardım Fondu ötən il 2 milyon dollar dəyərində 250 qrant ayırıb
# 25 fevral 2009 14:05 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. Bu gün Açıq Cəmiyyət İnstitutu – Yardım Fondunun 2008-ci ildə fəaliyyətinin yekunlarına həsr olunmuş hesabatın təqdimatı keçirilib. APA-nın məlumatına görə, ötən il fondun büdcəsi 3,224,718 dollar təşkil edib və bu məbləğin böyük qismi (2,343,867 dollar) Soros Fondu tərəfindən ayrılıb. Qurumun icraçı direktoru Fərda Əsədovun sözlərinə görə 2008-ci ildə ümumi məbləği 2 milyon dollar olan 250 qrant ayrılıb. Qrantlar üçün vəsaitin 24 faizi səhiyyə sahəsinə, 10 faizi vətəndaş cəmiyyətinin inkişafı proqramlarına, 5 faizi qadınlar üçün proqramlara, 7 faizi təhsil və media proqramlarına, 5 faizi mədəniyyət proqramlarına, 2 faizi gənclərlə bağlı proqramlara ayrılıb. Fərda Əsədov qeyd edib ki, Açıq Cəmiyyət İnstitutu – Yardım Fondu maliyyə mənbələrinin şəffaflığını maksimum təmin etməyə, həmçinin ayrılan qrantların təyinatı üzrə şəffaf şəkildə sərf olunmasına çalışır. 2009-cu il üçün fondun büdcəsini açıqlamayan icraçı direktor bu büdcənin təqribən 2008-ci ildəki büdcəyə yaxın olacağını söyləyib. O, beynəlxalq maliyyə böhranının 2009-cu ildə fond tərəfindən layihələrin maliyyələşdirilməsinə təsir göstərməyəcəyini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR