Bank Of Baku

Gənclər və İdman Nazirliyi Xocalı faciəsinin 17-ci il dönümü ilə əlaqədar anım tədbiri keçirib

Gənclər və İdman Nazirliyi Xocalı faciəsinin 17-ci il dönümü ilə əlaqədar anım tədbiri keçirib
# 25 fevral 2009 14:12 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Gənclər və İdman Nazirliyi Xocalı faciəsinin 17-ci il dönümü ilə əlaqədar anım tədbiri keçirib. APA-nın məlumatına görə, anım tədbirində çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, gənc nəslə yaxın tariximizin bütün faciələrini düzgün çatdırmaq lazımdır. Azərbaycandan kənarda təhsil alan tələbə gənclər təşkilatlarının Xocalı faciəsi ilə bağlı fəaliyyətini yüksək qiymətləndirən İ. Babayev qeyd edib ki, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması üçün nazirlik artıq bir neçə ildir ki, ali və orta ixtisas məktəblərinin tələbələri arasında “Mahir nişançı” turniri keçirir. Sabah “Mahir nişançı” turnirinə yekun vurulacaq: “Biz gənclərimizi sülhməramlı yetişdiririk, amma eyni zamanda ölkəyə ali baş komandanın əmrinə hazır olan mahir nişançılar da lazımdır”.
Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupunun sədr müavini Eldar Səmədov isə bildirib ki, Azərbaycan gəncləri ermənilərin törətdiyi cinayətlərə qarşı təbliğat müharibəsində fəal iştirak etməlidirlər: “Son vaxtlar ermənilər təbliğatlarında dəyişiklik edərək Azərbaycanla türk xalqlarının, İsrailin münasibətlərinə xələl gətirməyə çalışırlar. Gənclərimiz bu təxribatlardan yayınmalıdırlar”.
Tədbirin sonunda Xocalı məktəblilərinin ifasında musiqi kompozisiya nümayiş olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR