Bank Of Baku

Gəncə Şəhər Oftalmoloji Xəstəxanasına çəpgözlüyün müalicəsi üçün yeni tibbi avadanlıqlar gətirilib

Gəncə Şəhər Oftalmoloji Xəstəxanasına çəpgözlüyün müalicəsi üçün yeni tibbi avadanlıqlar gətirilib
# 25 fevral 2009 14:24 (UTC +04:00)
Gəncə. Nəzakət Məşədiəliqızı –APA. Gəncə şəhər Oftalmoloji Xəstəxanasına çəpgözlüyün aradan qaldırılması üçün yeni tibbi avadanlıqlar gətirilib. Bu barədə APA-nın qərb bürosuna xəstəxananın həkimi Anarə Hüseynova bildirib. Həkim deyib ki, gətirilən maklatestr, sinaptafor aparatları cəpgöz uşaqlarda birləşdirmə qabiliyyətini yaratmaq üçün faydalıdır. Onun sözlərinə görə, yeni tibbi avadanlıqlar cəpgözlük və bir sıra digər göz qüsurlarının aradan qaldırılmasına şərait yaradacaq: “Çəpgözlüyün müalicəsi üçün nəzərdə tutulmuş yüksək keyfiyyətli göz aparatlarının istifadəsi də olduqca rahat və asandır. Ən çox uşaqlarda rast gəlinən bu problemin həlli xüsusi kompyüter proqramından istifadə etməklə həyata keçirilir”.
Qeyd edək ki, Gəncə şəhər Oftalmoloji Xəstəxanasında 52 çəpgöz uşaq qeydiyyatdadır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR