Bank Of Baku

Azərbaycanda 577 ailə ünvanlı sosial yardım almaqdan məhrum edilib

Azərbaycanda 577 ailə ünvanlı sosial yardım almaqdan məhrum edilib
# 25 fevral 2009 14:25 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) ötən il ərzində Azərbaycanda 3402 ailəyə ünvanlı sosial yardımın təyin olunmasından imtina edib. Nazirliyin şöbə müdiri Natiq Qasımov APA-ya bildirib ki, belə ailələr ümumilikdə yardım almaq üçün müraciət edən 285979 ailənin 1,3 faizini təşkil edir. ƏƏSMN 380 ailəni 2 il, 197 ailəni isə 1 il müddətinə yardım almaqdan məhrum edib.
Ümumilikdə isə ötən il 268534 ailə ünvanlı sosial yardım almaq üçün qeydiyyata alınıb. Onların 90599-u ilk dəfə qeydiyyata alınıb, 177935 ailəyə isə yardım almaq üçün təkrar müraciət edənlər olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR