Bank Of Baku

Azərbaycanın rayonlarında uşaqlar üçün Sosial Sığınacaq və Sosial Reabilitasiya mərkəzləri tikiləcək

Azərbaycanın rayonlarında uşaqlar üçün Sosial Sığınacaq və Sosial Reabilitasiya mərkəzləri tikiləcək
# 25 fevral 2009 14:33 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) respublikanın bir neçə rayonunda uşaqlar üçün Sosial Sığınacaq və Sosial Reabilitasiya mərkəzlərinin tikintisini nəzərdə tutan xüsusi layihələr hazırlayıb. Nazirlikdən APA-ya verilən məlumata görə, artıq həmin binaların inşası üçün yerli icra hakimiyyətləri tərəfindən torpaq sahələri ayrılıb. Nazirlik yaxın vaxtlarda onların tikintisinə başlamağı planlaşdırır. Sosial Sığınacaq və Reabilitasiya mərkəzlərinin tikintisində məqsəd uşaqların sosial müdafiəsini təmin etmək, onlara yüksək səviyyəli xidmət göstərməkdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR