Bank Of Baku

Azərbaycanda I Beynəlxalq Azərbaycan-Türkiyə Tarix Konqresi keçiriləcək

Azərbaycanda I Beynəlxalq Azərbaycan-Türkiyə Tarix Konqresi keçiriləcək
# 25 fevral 2009 14:47 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycanda I Beynəlxalq Azərbaycan-Türkiyə Tarix Konqresi keçiriləcək. APA-nın məlumatına görə, bunu Azərbaycan-Türkiyə Tarixi Araşdırmaları Fondunun (ATAF) baş katibi Vüsalə Abdullayeva deyib. Konqres bu ilin iyun ayında Bakı Dövlət Universitetində təşkil olunacaq. V. Abdullayeva bildirib ki, ATAF “Erməni məsələsi” adlı SD də hazırlayıb. Türk, ingilis, alman və fransız dillərində hazırlanan SD-lər dünyanın müxtəlif ölkələrindəki Azərbaycan və türk diaspora təşkilatları vasitəsilə yayılacaq. V. Abdullayeva ATAF-ın dəstəyi ilə “Erməni məsələsi nədir?” adlı cib kitabçaları da nəşr ediləcəyini söyləyib: “Bəzən bizim insanlarımız ermənilərin mənafeyini müdafiə edən şəxslərlə danışanda erməni təcavüzü ilə bağlı faktları sadalamaqda çətinlik çəkirlər. Ona görə də ermənilərin törətdikləri bütün hadisələri, işğal faktlarını, təcavüzləri özündə əks etdirən cib kitabçaları buraxılacaq. Kitabçaların Azərbaycan, türk, rus, ingilis, alman və fransız dillərində çap edilməsi nəzərdə tutulur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR