Bank Of Baku

“Azərbaycan Respublikasında texniki-peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı”nın Əlaqələndirmə Şurasının ilk iclası keçirilib

“Azərbaycan Respublikasında texniki-peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı”nın Əlaqələndirmə Şurasının ilk iclası keçirilib
# 25 fevral 2009 15:30 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Bu gün Təhsil Nazirliyində ölkə prezidentinin sərəncamı ilə təsdiq olunan “Azərbaycan Respublikasında texniki-peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı” çərçivəsində yaradılan Əlaqələndirmə Şurasının ilk iclası keçirilib. Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda İqtisadi İnkişaf, Mədəniyyət və Turizm, Əmək və Əhalinin Sosial Müdafiəsi, Gənclər və İdman, Sənaye və Energetika, Kənd Təsərrüfatı nazirliklərinin əməkdaşları, Sahibkarlar Təşkilatı Milli Konfederasiyasının nümayəndələri iştirak edib. İclası giriş sözü ilə açan
təhsil naziri Misir Mərdanov Əlaqələndirmə Şurasının müvafiq istiqamətdə mövcud olan problemlərin həllində xüsusi rol oynayacağını diqqətə çatdırıb. Nazirliyin texniki-peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov 2007-2012-ci lləri əhatə edən “Azərbaycan Respublikasında texniki-peşə təhsilinin İnkişafı üzrə Dövlət Proqramı”nın yerinə yetirilməsi vəziyyəti barədə” məruzə edib. Şöbə müdiri hazırda ölkədə 107 texniki-peşə təhsili müəssisəsinin fəaliyyət göstərdiyini, həmin müəssisələrdə 23 453 şagirdin təhsil aldığını qeyd edib. İclasda bu ilin yanvarında Təhsil Problemləri İnstitutunda “İlkin Peşə Təhsilinin İnkişaf Mərkəzinin yaradılmasından, mərkəzin əsas funksiyalarından da söz açılıb.Sonda Əlaqələndirmə Şurasının növbəti iclasının paytaxtın peşə təhsili müəssisələrindən birində keçirilməsi qərara alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR