Bank Of Baku

Vəhşi heyvanlar Göyçayın kəndlərinə hücum edir - FOTOSESSİYA

Vəhşi heyvanlar Göyçayın kəndlərinə hücum edir - <font color=red>FOTOSESSİYA</font>
# 25 fevral 2009 15:31 (UTC +04:00)
Göyçay. Şahnəzər Bəşirov-APA. Göyçay rayonunun kəndləri tez-tez yırtıcı heyvanların hücumuna məruz qalır. Rayon sakinlərini ən çox narahat edən isə vəhşi heyvanların sayının getdikcə çoxalması və ildən-ilə onlara dəyən maddi ziyanın artmasıdır. APA-nın yerli bürosunun xəbərinə görə rayonun əsasən Bığır, Şahsoltanlı, Yekəxana, Şəkər, Qarabaqqal, Veysəlli, Hacalıkənd, Qaraməryəm, Müskürlü kəndlərinin sakinləri son vaxtlar saxladıqları mal-qaranı, toyuq-cücəni yırtıcıların hücumundan qoruya bilmirlər.
Veysəlli kənd sakinləri APA-ya bildiriblər ki, təkcə bir il ərzində tülkü, çaqqal, vaşaq və yenotların basqını zamanı yaşayış məntəqəsində 500-dən çox toyuq-cücə və hind quşu məhv olub. Əhalini son vaxtlar daha çox narahat edən odur ki, ərazidə adı heç kimə məlum olmayan vəhşi heyvan məskən salıb və ev quşlarının qəniminə çevrilib. Həmin heyvanlardan birini tələyə salan kənd sakini Mürsəl Nəzərovun sözlərinə görə, bu yırtıcını hələ ki, tanıyan yoxdur və belə heyvana rayon ərazisində heç vaxt rast gəlməyiblər.
Vəhşi heyvanların çoxluğundan əziyyət çəkən Yekəxana kənd sakini Aqibət Yusifova bildirib ki, bu günlərdə 20-ə yaxın toyuğunu parçalayan tülkülərdən yalnız birini öldürüblər. Bığır kəndində isə canavarlar bir həyətdə 31 qoyunu parçalayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR