Bank Of Baku

Azərbaycanda 300 min uşaq Xocalı faciəsi ilə bağlı imza toplayıb

Azərbaycanda 300 min uşaq Xocalı faciəsi ilə bağlı imza toplayıb
# 25 fevral 2009 15:56 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Ombudsman Aparatı və Təhsil Nazirliyi Xocalı faciəsinin ildönümü ərəfəsində Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq məqsədilə uşaqlar arasında kütləvi imzatoplama kampaniyası keçirib. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “Biz sülh elçisiyik! Bizə qoşulun!” devizi ilə aparılan aksiya çərçivəsində ölkənin müxtəlif bölgələrində yaşayan və təhsil alan 300 mindən artıq məktəblinin imzası toplanaraq BMT baş katibinin uşaqlar və silahlı münaqişələr üzrə xüsusi nümayəndəsi Radika Kumarasvamiyə göndərilib.

Qeyd edək ki, 1 iyun - Uşaqların Hüquqlarını Müdafiə Günü ərəfəsində ombudsmanın təşəbbüsü, UNİCEF-in dəstəyi və BMT baş katibinin xüsusi nümayəndəsinin iştirakı ilə Azərbaycanda “Ekstremal şəraitdə uşaqların vəziyyəti” mövzusunda beynəlxalq konfransın keçirilməsi nəzərdə tutulur. Konfransda təbii fəlakətlər, texnogen proseslər, müharibə və hərbi münaqişələr zamanı uşaqların hüquqlarının müdafiəsi məsələləri müzakirə olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR