Bank Of Baku

Yaxın günlərdə cəbhəyanı rayonlarda yaşayış məntəqələrinə basqın edən yırtıcılara qarşı mübarizəyə başlanılacaq

Yaxın günlərdə cəbhəyanı rayonlarda yaşayış məntəqələrinə basqın edən yırtıcılara qarşı mübarizəyə başlanılacaq
# 25 fevral 2009 16:13 (UTC +04:00)
Bərdə. Teymur Zahidoğlu-APA. Son vaxtlar cəbhəyanı rayonlarda yaşayış məntəqələrinə basqın edən yırtıcılara qarşı mübarizəyə yaxın vaxtlarda start veriləcək. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Bərdə Ərazi Ekologiya Şöbəsi məlumat yayıb. Qurumun məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları yerli baytarlıq şöbəsinin mütəxəssisləri və ovçular Ağdam, Bərdə və Tərtər rayonlarında canavar və çaqqal sürüləri tərəfindən ən çox hücuma məruz qalan kəndlərdə reydlər keçirəcək və yırtıcıların məhvinə başlayacaq.

Açıqlamada o da bildirilir ki, Azərbaycanın Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuş ərazilərində durmadan çoxalan vəhşi heyvanlar sürətlə Aran ərazilərinə axışır və yem tapmaq məqsədilə yaşayış məntəqələrinə soxulurlar. Bir gecə ərzində 200-300 km məsafə qət etmək qabiliyyətinə malik olan bu yırtıcılara qarşı mübarizə başlamasa, vəhşi heyvan sürüləri qısa zamanda ölkənin müxtəlif istiqamətlərinə yayıla bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR