Bank Of Baku

Naxçıvanda Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yeni binası istifadəyə verilib

Naxçıvanda Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yeni binası istifadəyə verilib
# 26 fevral 2009 07:32 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu-APA. Naxçıvanda Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin, Dövlət Yer Quruluşu, Geodeziya və Xəritəçəkmə Layihə İnstitutunun yeni inzibati binası istifadəyə verilib. APA-nın yerli bürosunun məlumatına görə, yeni binanın istifadəyə verilməsi institut tərəfindən muxtar respublikada bütün əkin növləri üzrə sahələrin intenvardaşdırılması, torpaq sahələrində yer quruluşu planlarının hazırlanmasını, eroziyaya uğramış, şoranlaşmış sahələrin müəyyənləşdirilməsinin daha dəqiq aparılmasına imkan verəcək. İnstitut tərəfindən meliorasiya və irriqasiyaya ehtiyacı olan torpaqların aşkar edilməsi də həyata keçiriləcək.

Qeyd edək ki, 3 mərtəbədən ibarət binada ümumi şöbə, geodeziya və topoqrafiya, xəritəçəkmə, torpaq kadastrı və monitorinqi, sənədlərin tərtibi şöbələri üçün müvafiq iş şəraiti yaradılıb, Qeydiyyat və İnformasiya Sistemləri Mərkəzi istifadəyə verilib. İnstituta verilən 12 ədəd «GPS» ölçmə aparatı vasitəsilə kosmosdan məlumat almaqla istənilən ərazinin dəqiq ölçülməsi mümkün olacaq.

Növbəti mərhələdə institutunun işinin daha da təkmilləşdirilməsi, geologiya üzrə laboratoriyanın yaradılması nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR