Bank Of Baku

Azərbaycanda işçilərin orta aylıq əmək haqqı yanvarda 26,5% artıb

Azərbaycanda işçilərin orta aylıq əmək haqqı yanvarda 26,5% artıb
# 26 fevral 2009 07:41 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar ayında Azərbaycan iqtisadiyyatında çalışan işçilərin orta aylıq əmək haqqı 291 manat təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 26,5% artıb.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, daha yüksək orta aylıq əmək haqqı mədənçıxarma sənayesində, maliyyə fəaliyyətində, daşınmaz əmlakla əlaqədar əməliyyatlar, icarə və istehlakçılara xidmət göstərilməsi sahəsində və tikintidə müşahidə olunub.
Hesabat ayında müəssisə və təşkilatlarda çalışan kənar əvəzçilərin orta aylıq əmək haqqı 137,6 manat, mülki-hüquqi xarakterli müqavilələr üzrə işləyənlərin orta aylıq əmək haqqı 249,9 manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR