Bank Of Baku

Bu il Naxçıvanda 8 yeni məktəb binası tikiləcək

Bu il Naxçıvanda 8 yeni məktəb binası tikiləcək
# 26 fevral 2009 08:41 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu-APA. Bu il Naxçıvan Muxtar Respublikasında 8 yeni məktəb binası inşa ediləcək. APA-nın yerli bürosunun məlumatına görə, bununla bağlı Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi təkliflər sorğusu elan edib. Məktəb binalarının tikilməsi regionun bütün bölgələri üzrə aparılacaq. İstifadəyə veriləcək məktəb binaları müasir standartlara uyğun texniki avadanlıqlarla təchiz olunacaq, hərbi kabinələr, habelə kimya və biologiya fənlərinin əyani tədrisi üçün müvafiq laboratoriyalar yaradılacaq. İnşaat işlərinə martın ortalarından başlanılması planlaşdırılır.

Bundan əlavə, cari il ərzində Sədərək rayon Mərkəzi Xəstəxanası, Şərur rayon məhkəməsi, Şərur rayonunda 160 yerli uşaq bağçası, Naxçıvan MR Dövlət Statistika Komitəsi üçün yeni inzibati binaları üçün inşa edilməsi, MR Arxivlər İdarəsinin, Naxçıvan Dövlət Musiqili Dram Teatrının binalarının yenidən qurulması nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR