Bank Of Baku

Qırğızıstanda “Ermənilərin Azərbaycan torpaqlarında törətdiyi əməllər haqqında tarixi faktlar” adlı kitab nəşr olunub

Qırğızıstanda “Ermənilərin Azərbaycan torpaqlarında törətdiyi əməllər haqqında tarixi faktlar” adlı kitab nəşr olunub
# 26 fevral 2009 08:56 (UTC +04:00)
Bişkek. Ləman Ağayeva - APA. Qırğızıstanda “Ermənilərin Azərbaycan torpaqlarında törətdiyi əməllər haqqında tarixi faktlar” (“İstoriçeskiye faktı o deyaniyax armyan na Azerbaydjanskoy zemle”) adlı 304 səhifəlik kitab nəşr olunub. APA-nın Qırğızıstandakı müxbirinin verdiyi məlumata görə, Türkdilli Dövlətlərin Siyasətinə Yardım Fondu tərəfindən nəşr etdirilən kitabda Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktoru, professor Yaqub Mahmudov, tarix elmləri doktorları Tamilla Musayeva, Adil Məmmədov, Elmar Məhərrəmov və digərlərinin ermənilərin işğalçı siyasəti, Xocalı soyqırımı haqqında ingilis və rus dillərində elmi araşdırmaları, həmçinin Azərbaycan siyasətçi və tarixçilərinin erməni yazıçılarına faktlara söykənən cavabları yer alıb. Kitabın üz qabığında Azərbaycanın tarixi torpaqlarının xəritəsi təsvir edilib.

Bişkekdə nəşr olunan “Ədəbiyyat və incəsənət məsələləri” jurnalının 1-ci sayında isə Heydər Əliyev, Mircəlal Paşayev və Çingiz Aytmatov haqqında qırğız və Azərbaycan yazıçı və publisistlərinin xatirələri, məqalələri, eləcə də fotoşəkillər öz əksini tapıb.

Türkdilli Dövlətlərin Siyasətinə Yardım Fondunun prezidenti Nüsrət Məmmədov bildirib ki, 2 il ərzində fond Azərbaycan həqiqətlərini yaymaq üçün qırğız, qazax, özbək, rus və ingilis dillərində 10 adda kitab buraxmağa nail olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR