Bank Of Baku

Azərbaycanda daha 200 orta məktəbin İnternetə qoşulması prosesi başa çatır

Azərbaycanda daha 200 orta məktəbin İnternetə qoşulması prosesi başa çatır
# 26 fevral 2009 10:07 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Azərbaycan daha 200 orta məktəbin İnternetə qoşulması prosesi yaxın bir həftə ərzində yekunlaşacaq. Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Samir Məmmədov APA-ya bildirib ki, həmin məktəblər Bakı, Sumqayıt, Gəncə, Şəmkir, Hacıqabul və Goranboydadır.

İdarə rəisinin sözlərinə görə, Bakıdakı 380 məktəbdən 180-i, Sumqayıtdakı 33 məktəbdən 11-i hələ İnternetə qoşulmayıb. Bu il ərzində həmin məktəblərin də İnternetə qoşulması təmin ediləcək. Bundan sonra isə regionlarda bu işin davam etdirilməsi nəzərdə tutulur. Yayadək Gəncədəki orta məktəblərin internet təminatını tamamlamaq planlaşdırılır.

Martdan isə Lənkəran, Mingəçevir, Quba və Şəkidəki məktəblərin internetlə təmin olunmasına başlanılacaq. Bu iş daha sonra bütün rayon məktəblərində davam etdiriləcək.

2010-cu ildən isə kənd məktəbləri də internetə qoşulacaq. Bu işlər “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində görülür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR