Bank Of Baku

Azərbaycan Milli Kitabxanasında “Xocalı - Əsrin faciəsi” adlı sərginin açılışı olub

Azərbaycan  Milli Kitabxanasında “Xocalı - Əsrin faciəsi” adlı sərginin açılışı olub
# 26 fevral 2009 10:48 (UTC +04:00)
Bakı. Kimyə Rüstəmova – APA. M. F. Axundov adına Azərbaycan Milli Kitabxanasında Xocalı soyqırımının 17-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. APA-nın məlumatına görə, tədbirdə Xocalı faciəsindən bəhs edən 200-dən artıq kitab, jurnal və qəzet materiallarından ibarət “Xocalı - Əsrin faciəsi” adlı sərgi nümayiş olunub. Tədbirdə Milli Kitabxananın direktoru Kərim Tahirov, Mədəniyyət və Turizm Nazirliyi aparatının rəhbəri Firudin Qurbanov, Təhsil Nazirliyinin şöbə müdiri Ağabala İbrahimov, Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri, şair Ədalət Əsgəroğlu, Şuşa Mədəniyyət və Turizm Şöbəsinin müdiri Zahid Abbasov Xocalı faciəsini bir daha yada salaraq bu soyqırımın Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcəyini bildiriblər. Tədbirin sonunda “Aytam” Uşaqların Mədəni Maarifləndirilməsi İctimai Birliyinin və “Günay” Uşaq Teatrının birgə iştirakı ilə Xocalı faciəsinə həsr olunmuş tamaşa göstərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR