Bank Of Baku

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası xüsusi qabiliyyət ixtisasları üzrə vəsaitlər nəşr edib

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası xüsusi qabiliyyət ixtisasları üzrə vəsaitlər nəşr edib
# 26 fevral 2009 11:20 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) xüsusi qabiliyyət tələb edən ixtisasları seçən abituriyentlərə elmi-metodiki kömək məqsədilə “Abituriyent” jurnalının xüsusi buraxılışı olan vəsaitlər çap edib. Komissiyanın ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, vəsaitdə əksini tapan materialların həcmi geniş olduğundan abituriyentlər tərəfindən asan qavranılması, ixtisas seçimi istəklərinin nəzərə alınması üçün xüsusi qabiliyyət tələb edən ixtisasların istiqamətlərinə uyğun olaraq 5 kitabça şəklində buraxılıb. Həmin kitabçalar təsviri sənət, musiqi sənəti, memarlıq və dizayn, teatr, kino və xoreoqrafiya sənəti, bədən tərbiyəsi və idmana aiddir. Vəsaitlərdə qabiliyyət ixtisaslarının yığcam xarakteristikası, onların hansı ali məktəblərdə mövcud olması haqqında məlumatlar, qabiliyyət imtahanlarının proqramları, qiymətləndirmə meyarları, imtahanlara hazırlıqla bağlı tövsiyələr, məsləhətlər, tapşırıq nümunələri, çalışmalar, əyani vəsaitlərdən reproduksiyalar, şəkillər, cədvəllər, normativlər və s. təqdim olunur.
9 illik (əsas) təhsil bazasından orta ixtisas məktəblərinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə də müvafiq materiallar ilk dəfə dərc edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR