Bank Of Baku

Masallıda Xocalı soyqırımının ildönümü ilə əlaqədar tədbirlər keçirilib

Masallıda Xocalı soyqırımının ildönümü ilə əlaqədar tədbirlər keçirilib
# 26 fevral 2009 11:22 (UTC +04:00)
Masallı. Ağəddin Babayev - APA. Masallı rayonunda Xocalı soyqırımının 17-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib. Rayon İcra Hakimiyyəti aparatının ictimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Seyfəddin Əliyevin APA-nın cənub bürosuna verdiyi məlumata görə, bu gün səhər saatlarında İH və hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyətin nümayəndələri Şəhidlər Xiyabanına gedərək burada ucaldılmış abidənin önünə əklil və gül dəstələri qoyublar. Nizami Gəncəvi adına rayon Mədəniyyət Evində isə xalq teatrı aktyorlarının ifasında istedadlı yazıçı-dramaturq Miribadulla Hüseynovun “Xocalıdan gələn səslər” pyesi əsasında hazırlanmış tamaşa nümayiş etdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR